Toy gecəsi ölən azyaşlı gəlin hamilə imiş…  – AÇIQLAMA / TƏFƏRRÜAT – FOTOLARbackend

Toy gecəsi ölən azyaşlı gəlin hamilə imiş…  – AÇIQLAMA / TƏFƏRRÜAT – FOTOLAR 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astarada toy günün gecəsi dünyasını dəyişən gəlin Əfsanə İmanovanın əmisi oğlu Mehman Qasımov NOCOMMENT.az -ın Cənub bürosuna az açıqlama verib.

O açıqlamasında toyda hər şeyin yaxşı olduğunu deyib:

“Dünən bəli mən toyda olmuşam. Toy da normal keçdi. Uşaq (gəlin) gəldi, meydana da qəşəng çıxdı. Axşam eşitdim ki, qızın halı pisləşib. Dedilər ki, Astara rayon mərkəzi xəstəxanasına aparıblar. Sonra səhər öyrəndim ki, uşaq (gəlin) dünyasını dəyişib. Sağlığı ilə bağlı heç bir şikayəti də yox idi”.

O bildirib ki, gəlinin 2 bacısı və 2 qardaşı var.

***12:41

Astarada toy günün gecəsi dünyasını dəyişən gəlinlə bağlı yeni məlumat əldə edilib.

NOCOMMENT.az -ın Cənub bürosunun məlumatına əsasən, 17 yaşı gəlin 7 aylıq hamilə olub.

Belə ki, qız  həmkəndlisi olan oğlanla sevgili olublar. Bir müddət sevgili olan oğlanla qız öz razılıqları ilə cinsi əlaqədə olub. Amma onların ailəsi bu hadisədən bir ay öncə xəbər tutub. Məlum olub ki, qız artıq hamilədir.

Bundan sonra ailələr təcili toy etmək, cütlüyü evləndirmək qərarı veriblər.

Mərasim başlayandan 1 saat sonra gəlinin halı qəfil pisləşib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

***11:21

Astarada toy günün gecəsi dünyasını dəyişən gəlin azyaşlı olub.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, onun 17 yaşı olub.

Əfsanə İmanovanın 18 yaşı 2026-cı ilin fevral ayında olacaqdı.

***10:38

Astarada gəlin ölüb.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, Astara rayon sakini 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanovanın dünən Deqədi kəndində şadlıq saraylarından birində toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.