Aşurada bu ünvanlarda qanvermə aksiyası keçiriləcək – Siyahıbackend

Aşurada bu ünvanlarda qanvermə aksiyası keçiriləcək – Siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Məhərrəm ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsi Mətbuat xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, həmin ünvanlar aşağıdakılardır:

Bakı şəhəri üzrə:

Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı

Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı

Nizami rayonu Şah Abbas məscidi

Səbail rayonu Bibiheybət məscid ziyarətgahı

Suraxanı rayonu Qaraçuxur məscidi

Yasamal rayonu Təzə Pir məscidi

Yasamal rayonu Hacı Soltanəli məscidi

Binəqədi rayonu İmam Əli məscidi

Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri.

Qeyd edək ki, bu il Məhərrəm ayı iyulun 19-da daxil olacaq, Aşura günü iyulun 28-nə təsadüf edəcək. Avqustun 17-si Məhərrəm ayı başa çatır və 18-dən Səfər ayı başlayır. Sentyabrın 16-da isə Səfər ayı başa çatacaq.