Ata 2 aylıq körpəsini döyüb öldürdü – ŞOK VİDEObackend

Ata 2 aylıq körpəsini döyüb öldürdü – ŞOK VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Qaziantep şəhərində 2 aylıq körpəsini ağladığı üçün ölümcül döyən ataya hökm oxunub. 

 

NOCOMMENT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cani ata, Yunus Göç 10 il 10 ay həbs cəzasına məhkum olunub.

Məlumata görə, Qaziantepin Şahinbey mahalının Kahvelipınar məhəlləsində yaşayan Yunus Göçün 2 aylıq uşağını ölümcül döydüyü anların görüntüləri üzə çıxıb.

Görüntülərdən sonra sxlanılan ata Göç məhkəmə tərəfindən “qəsdən adam öldürməyə cəhd” ittihamı ilə həbs edilib. Beyin qanaması keçirən körpə Cihan xəstəxanada müalicə olunduqdan sonra evə buraxılsa da daha sonra vəfat edib.

Ölən körpənin vəkili Esra Kantar məhkəmədə, müttəhimin maksimum cəzalandırılmasını və cəzasında heç bir azalma tətbiq edilməməsini istəyib. Qaziantep Məhkəməsi müttəhim Yunusa hökm oxuyub. Göç 10 il 10 ay həbs cəzası alıb.