Ata-oğul Gömrük Komitəsində işləyir? – Rəsmi CAVABbackend

Ata-oğul Gömrük Komitəsində işləyir? – Rəsmi CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəkil Elçin Sadıqov ata və oğlunun Dövlət Gömrük Komitəsində çalışdığına dair məlumatı ictimailəşdirib.

NOCOMMENT xəbər verir ki, vəkil sosial şəbəkə hesabında yazıb: “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük idarəsindəyəm. Nicat adlı əməkdaşın hərkətlərindən idarənin rəis müavini Sənan adlı şəxsə zəng edib şikayətləndim. Dedi telefonu verin Nicata. Nicat telefonu götürüb – “hə, ata”, – deyə cavab verdi”.

Məlumat üçün bildirək ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə, vəzifəli şəxslər qohumlarını tabeçiliyinə işə götürə bilməzlər.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, deyilənlər tamamilə cəfəngiyyatdır: “Nicat Muxtarlının həmin idarənin rəis müavini Sənan İbrahimovla heç bir qohumluq əlaqəsi yoxdur”.

Onu da qeyd edək ki, Nicat Muxtarlının 32, Sənan İbrahimovun isə 45 yaşı var.