Bu gün Eyzəngül (“Şirinbala bal yığır”, S.Qədirzadə), Çiçək (“Ana laylası”, İ.Coşqun), Nabat (“Tamahkar”, S.S.Axundov), Şahnaz (“Şəhərli oğlan”, Q.Rəsulov), Almagül (“Fudzi dağında qonaqlıq”, Ç.Aytmatov), Gülarə (“Məhəbbət novellası”, Ş.Xurşud və Ə.Hacıyev), Nera (“Zəncirlənmiş Prometey”, C.Məmmədov), Gülnaz (“Pul dəlisi”, Ə.Orucoğlu), ana (“Bala bəla sözündəndir”, Ə.Əmirli) və s. obrazları ilə siması tamaşaçıların yaddaşından silinməyən Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Gülşən Qurbanovanın anım günüdür.

NOCOMMET.az xəbər verir ki, Gülşən Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən biri Ağadadaş Qurbanovun ailəsində anadan olub.
Xatırladaq ki, Ağadadaş Qurbanov bir sıra filmlərdə rol aldığı və istedadlı, peşəkar olduğu üçün onun yaratdığı obrazlar da unudulamayıb. “Səbuhi”, “Zəncirlənmiş adam” , “Bir qalanın sirri” , “Qızmar günəş altında” “Koroğlu” “Telefonçu qız” “Bizim küçə” filmlərində eyni zamanda Arşın mal alan” filmində (1965) yaratdığı Soltan bəy obrazı ilə özünü filmsevərlərin yaddaşına yaza bilib. Ağadadaş Qurbanov 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 27 fevral 1954-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Gülşən Qurbanovanın genetik istedadı onu ,Ə.Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutuna gətirir. 1974-cü ildə oranı bitirir və 16 fevral 1979-cu ildən – 17 noyabr 2006-cı ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib.
Gülşən xanımın bacısı Kino rəssamı, animasiya rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Firəngiz Qurbanovadır.
Azərbaycan SSR əməkdar artisti olan atabir qardaşı Hamlet Qurbanovu da tamaşaçı kütləsi unutmayıb. “Topal Teymur”, “Yollar görüşəndə”, “Evləri köndələn yar”, “Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi” və digər televiziya tamaşalarında maraqlı obrazlar yaradan aktyoru “Dədə Qorqud” filmindəki Şöklü Məlik obrazından sonra sevdi. Ümumilikdə, Hamlet Qurbanov 30-dan çox filmdə rol alıb və onların öhdəsindən uğurla gəlib.

Bəzi yazarlar Gülşən xanımın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycanın əməkdar artist fəxri adına layiq görülən Mübariz Əlixanoğlu həyat yoldaşı olduğunu iddia edir , amma bu yanlış bir məlumatdır.
Gülşən Qurbanova 4 dəfə infarkt keçirib ki, bu da tibbdə nadir hadisələrdən sayılır. Çünki adətən bir adam 2-3 dəfə infarkt olandan sonra dünyasını dəyişir. Sonuncu infarkdan sonra Azərbaycanın xalq artisti Gülşən Qurbanova 17 noyabr 2006-cı ildə Bakı şəhərində vəfat edib.
Həmin illərdə Gülşən xanımın ölümü ilə bağlı şaiyələr də gəzirdi Bu həqiqətdir, yoxsa şayiə, amma iddia olunurdu ki, dəfn ediləndən sonra o qəbirdə dirilib. Mediaya yaxınlarının verdiyi məlumat:”Kəfəni cırıblar. Görüblər ki, üz gözü cırıq-cırıqdır. Sağ əli qulağının dibində qalıb. Bundan sonra belə qənaətə gəliblər ki, əslində o, dəfn edilərkən sağ imiş. Sadəcə güclü şok keçirib. Qəbirdə ayılıb və qorxudan ürəyi partlayıb. Gülşən köhnə qəbristanlıqda dəfn olunub”.
Allah rəhmət eləsin !

Əntiqə Rəşid













