Ötən il “Atəşgah Həyat Sığorta”nın xalis mənfəəti əvvəlki illə müqayisədə bir milyon manata yaxın azalıb.
NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, sığorta şirkətinin hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə “Atəşgah Həyat Sığorta”nı xalis mənfəəti 11.6% və ya 986 min manat azalaraq 7,5 milyon manat təşkil edib. Şirkət 2022-ci ili 8,47 milyon manat xalis mənfəətlə bağlamışdı.
Hesabat dövründə, “Atəşgah Həyat Sığorta”nın əsas əməliyyat gəlirləri 33,7% artaraq 71,7 milyon manata bərabər olub. 2022-ci ildə bu rəqəm 53,65 milyon manat təşkil edib. Bu dövrdə şirkət xalis sığorta ehtiyatları hesabını 28,3 milyon manat artırıb.
Sığorta şirkətinin investisiya gəlirləri 33,15 milyon manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 10% çoxdur. Bu dövrdə, “Atəşgah Həyat Sığorta”nın sair gəlirləri isə 3,9 dəfə artaraq 515,4 min manata yüksəlib. Nəticədə, şirkətin cəmi gəlirləri 48,22 milyon manata bərabər olub ki, bu da 2022-ci illə nisbətən 5.1% çoxdur.
Ötən il sığorta şirkətinin əsas əməliyyat xərcləri bir il əvvələ nisbətən 13,7% azalaraq 28,4 milyon manata enib, işlərin aparılması xərcləri 42,5% artaraq 10,4 milyon manata, sair xərclər isə 3,3 dəfə artaraq 70,6 min manata yüksəlib. Ümumilikdə isə, sığorta şirkətinin cəmi xərcləri bir əvvələ nisbətən 3,4% azalaraq 38,9 milyon manat təşkil edib.
2023-cü ildə “Atəşgah Həyat Sığorta”nın maliyyə mənfəəti 11,6% azalaraq 9,36 milyon manata enib.
2024-cü ilin yanvarın 1-nə “Atəşgah Həyat Sığorta”nın cəmi aktivləri 28,6% artaraq 102,9 milyon manata, cəmi öhdəlikləri isə 44,5% artaraq 85,3 milyon manata çatıb.
Cari ilin əvvəlinə şirkətin cəmi kapitalı isə 17,5% və ya 3,54 milyon manat azalaraq 16,75 milyon manata enib.