Ermənistan irəliləyiş əldə etməyib – ABŞ Dövlət Departamentibackend

Ermənistan irəliləyiş əldə etməyib – ABŞ Dövlət Departamenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan İkinci Qarabağ müharibəsində hərbi cinayət olduğu ehtimal olunan əməllərin araşdırılmasında irəliləyiş əldə etməyib”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatında əks olunub.

Bildirilib ki, altı işdən dördü qətl, işgəncə və qeyri-insani rəftarla; biri qətl və işgəncə ilə; biri isə ehtimal olunan qətllə bağlı olub. Hesabata görə, hökumət 2021-ci ildə bütün altı işi bir cinayət prosesində birləşdirsə də, təhqiqat hələ də davam edir.

Dövlət Departamenti həmçinin İrəvandakı yeganə sinaqoqa iki vandalizm aktına da diqqət çəkib. Bildirilib ki, hökumət bu əməlləri “yanlış antisemitizm narrativləri yaratmağa və milli siyasəti sarsıtmağa çalışan xarici aktorların” ayağına yazıb.