Atışmadan bir neçə dəqiqə əvvəl və sonra – FOTObackend

Atışmadan bir neçə dəqiqə əvvəl və sonra – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın ABŞ-dəki səfiri Olha Stefanişina Vaşinqtonda keçirilən Ağ Ev Müxbirlər Assosiasiyasının şam yeməyində baş verən atışmadan bir neçə dəqiqə əvvəl və sonra çəkilmiş fotoları paylaşıb.

NOCOMMENT.az xəbər verir ki, o, “Facebook”da belə yazıb:

“ABŞ prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdi. Prezident və birinci xanım yaxşıdır. Ukraynalıların yaxınında olanlar şanslı idi. Atəş açan şəxs otağa daxil olmağa çalışarkən dayandırıldı. Şəkillər bir dəqiqə əvvəl və sonra çəkilib”.

Olha Stefanişinanın çəkdiyi foto sosial şəbəkələrdə geniş müzakirələrə və ironik şərhlərə səbəb olub. Səfir insident anında çəkildiyini iddia etdiyi bir fotoşəkil paylaşsa da, diqqətli istifadəçilər maraqlı detalı gözdən qaçırmayıblar. Belə ki, görüntüdə səfirin masanın altında gizləndiyi əks olunsa da, onun bilavasitə yaxınlığında əyləşən digər qonaqların öz kürsülərində sakitcə oturmağa davam etdikləri görünür. /Musavat.com/

səfirr.jpg (173 KB)

səfi 2.jpg (190 KB)