ATU iki mərtəbənin cari təmirinə yarım milyon manat xərcləyəcəkbackend

ATU iki mərtəbənin cari təmirinə yarım milyon manat xərcləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Tibb Universitetinin (ATU) 1 saylı tədris binasının 3-cü və 5-ci mərtəbələrində cari təmir işlərinə 421 673,47 AZN xərcləyəcək.

NOCOMMENT.az Qaynarinfo -ya istinadən xəbər verir ki,bununla bağlı keçirilən tenderdə qalib gələn “Proqress İnşaat En” MMC təmir işləri üçün bu məbləği təklif edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Proqress İnşaat EN” MMC 29 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN-dir. Şirkətin qanuni təmsilçisi İslamov Nazim Əli oğludur.

Şirkət haqqında açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir. Nazim İslamovun barəsində də heç bir məlumat yoxdur.

Bununla belə, “Proqress İnşaat En” MMC dövlət satınalmalarında fəal iştirak edir və vaxtaşırı iri məbləğli tenderlərin qalibi olur. Həm şirkətin tender oyunlarında iştirak üçün yaradıldığı barədə şübhələr, həm də ATU-nun iki mərtəbənin təmirinə yarım milyona yaxın vəsait xərcləməsi satınalma müsabiqəsində şəffaflığın qorunduğuna inamı azaldır.

Bu arada qeyd edək ki, ATU ötən ay Tədris Terapevtik Kliksının 4-cü mərtəbəsinin cari təmir işlərinin satın alınması tender keçirib. Tenderin qalibi “M-House Construction” MMC seçilib. Şirkətin təklifi 593 949,11 AZN olub.

ATU-nun rektoru Gəray Gəraybəylidir. O, 2016-cı ildən bu vəzifədədir.