Avanesyan: Ermənistanda yeni xəstəlik yayılıb, peyvənd etmək lazımdırbackend

Avanesyan: Ermənistanda yeni xəstəlik yayılıb, peyvənd etmək lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda donuz qripi yenidən yayılmağa başlayıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu hökumətin iclasından sonra keçirilən brifinqdə səhiyyə naziri Anait Avanesyan deyib.

O, əlavə edib ki, koronavirusla bağlı vəziyyət nisbətən stabilləşsə də, qripə yoluxma halları artıb.

Nazir xatırladıb ki, qripə yoluxma halları həmişə olduğu kimi qışda artır, lakin son iki-üç ildə koronavirus pandemiyası səbəbindən bu virus arxa plana keçib.

“İndi təəssüf ki, H1N1 (donuz) qripinin ştamı yenidən yayılır ki, bu da kifayət qədər təhlükəlidir”, – deyə nazir bildirib.

O, bir daha 12 yaşınadək uşaqları və xroniki xəstəlikləri olan vətəndaşları qripə qarşı peyvənd etməyə çağırıb, peyvəndlərdə H1N1-ə qarşı anticisimlərin də olduğunu xatırladıb.