KİV: Ermənistanda bəzi nazirlər istefaya göndərilə bilərbackend

KİV: Ermənistanda bəzi nazirlər istefaya göndərilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan mətbuatında ölkənin Baş naziri Nikol Paşinyanın bəzi nazirlərin işindən narazı olduğu barədə yazı dərc olunub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, “Joğovurd” qəzeti Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanın və səhiyyə naziri Anait Avanesyanın tezliklə vəzifələri ilə vidalaşdığını bildirib.

Nəşrin yazdığına görə, Kerobyan verdiyi açıqlamalara görə tez-tez yöndəmsiz vəziyyətə düşür. Buna əsaslanaraq, o, tezliklə işdən çıxarıla bilər.

Eyni zamanda, qəzetin qeyd etdiyi kimi, nazirləri əvəz edə biləcək kadrlar tapmaq hələ mümkün olmayıb.

Xatırladaq ki, ötən ilin sonunda Ermənistanın baş nazirinin müavini Ambartsum Matevosyan və təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyan tutduqları vəzifələrdən azad ediliblər.