Avdeyevka uğrunda gedən döyüşlər – Ukrayna xəritə yayımladıbackend

Avdeyevka uğrunda gedən döyüşlər – Ukrayna xəritə yayımladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna mənbələri yanvarın 1-dən fevralın 17-dək Avdeyevka uğrunda gedən döyüşlərlə bağlı xəritə yayımlayıb.

NOCOMMENT.az xəbər verir ki, sözügedən xəritədə əməliyyatlar zamanı qeydə alınmış dəyişikliklər əksini tapıb.

Xatırladaq ki, Rusiya ordusu fevralın 17-də Ukraynanın Avdeyevka şəhərini ələ keçirib. Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Avdeyevka uğrunda gedən döyüşlərin son günündə itkiləri 1500-dən çox olub.

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırski isə Avdiivkanın işğalının Rusiyaya 50 minə yaxın itkiyə başa gəldiyini açıqlayıb. Şəhər uğrunda döyüşlər ötən ilin oktyabrında şiddətlənib. Avdiivka hələ 2014-cü ildə separatçıların nəzarətinə keçmiş Donetskdən cəmi 15 km məsafədə yerləşməklə strateji önəmə sahibdir.