AVRO-2020-nin rəsmi səhifəsi oyuna saatlar qalmış millimizi aşağıladı – FOTObackend

AVRO-2020-nin rəsmi səhifəsi oyuna saatlar qalmış millimizi aşağıladı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millimizin DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Portuqaliya ilə keçirəcəyi oyuna saatlar qalmış AVRO-2020-nin rəsmi səhifəsi paylaşımı ilə diqqət çəkib.

NOCOMMENT.az Offsideplus.az-a istinadən xəbər verir ki, turnirin rəsmi “instagram” hesabının “hekayə” bölməsində Portuqaliyanın kapitanı Kriştiano Ronaldonun şəkli paylaşılıb və izləyicilər arasında sorğu təşkil edilib.

Belə ki, AVRO-2020 izləyicilərindən Ronaldonun bu gün Azərbaycanın qapısına neçə qol vuracağını soruşub.

Bu “sorğu-sual” isə azərbaycanlı azarkeşləri hiddətləndirib.

Həmin fotonu təqdim edirik: