DÇ-2030-un səfirləri bəlli olubbackend

DÇ-2030-un səfirləri bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2030-cu ildə keçiriləcək dünya çempionatının səfirləri bəlli olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, İspaniya, Portuqaliya və Mərakeşdə baş tutacaq mundial üçün 10 səfir seçilib.

Bunlar Kriştianu Ronaldu (Portuqaliya), Andres İnyesta (İspaniya), Luiş Fiqu (Portuqaliya), Alvaro Morata (İspaniya), Əşrəf Hakimi (Mərakeş), Yasin Bunu (Mərakeş), Emmanuel Adebayor (Toqo), Nureddin Naybet (Mərakeş), Doloreş Silva (Portuqaliya) və İren Paredesdir (İspaniya).

Qeyd edək ki, DÇ-2030 altı ölkədə – Argentina, İspaniya, Portuqaliya, Uruqvay, Paraqvay və Mərakeşdə təşkil olunacaq. Üç oyun Cənubi Amerikada olacaq. Açılış görüşü Uruqvayda keçiriləcək və yerli yığma iştirak edəcək. Argentina və Paraqvay da ilk matçlarını evdə keçirəcəklər. Turnirin qalan görüşləri İspaniya, Portuqaliya və Mərakeşdə reallaşacaq.