Avropa çempionları Vətəndə belə qarşılandı – Fotolar+Videobackend

Avropa çempionları Vətəndə belə qarşılandı – Fotolar+Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiyanın Koşitse şəhərində keçirilən minifutbol üzrə Avropa çempionu olan Azərbaycan millisi Vətənə dönüb.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, yığmanı daşıyan təyyarə saat 03:20 da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

İdmançılar Hava Limanında böyük coşğu ilə qarşılanıb.

Futbolçuları azakeşlər, idman ictimaiyyətinin nümayəndələri, idmançıların valideynləri, incəsənət ustaları və mətbuat nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, iyunun 11-də Slovakiyanın Koşitse şəhərində keçirilən həlledici qarşılaşmada komandamızın rəqibi Rumıniya olub.

Elşad Quliyevin yetirmələri B qrupundakı ilk oyununda 0:2 hesabı ilə uduzduğu 6 qat qitə çempionundan üstün olaraq tarixi ilkə imza atıb.