Futbol üzrə Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının finalına vəsiqə qazanıbbackend

Futbol üzrə Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının finalına vəsiqə qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, komanda bu uğura Yunanıstanla oyunda müvəffəq olub.

Tblisinin Boris Paichadze Dinamo Arena stadionunda keçirilən oyunun əsas vaxtı 0:0 bitib.

Əlavə olunan vaxtda da qapılar toxunulmaz qalıb.

Qalibi müəyyən etmək üçün penalti seriyası oynanılıb.

Burda rəqibindən daha üstün olan gürcülər tarixində ilk dəfə Avropa çempionatında çıxış edəcək.