Avropa İttifaqı Ukraynaya qoşun göndərməyə çağırıbbackend

Avropa İttifaqı Ukraynaya qoşun göndərməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO fəal olmadığı və Ukrayna ərazisində Rusiya ordusu ilə fəal döyüşmədiyi üçün Avropa İttifaqı Ukraynaya qoşun yeritməlidir.

NOCOMMENT.az xəbər verir ki, bunu Şimali Atlantika Alyansının Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının keçmiş müavini, ABŞ ordusunun keçmiş polkovniki Aleksandr Krouter deyib.

“Bu, Aİ-nin addım atması və real iş görmək üçün böyük fürsətdir”, – deyə Krouter bildirib.

Rəsmi hesab edir ki, NATO bu gün “dayanır” və Ukraynaya kömək etmək üçün heç bir real addım atmır. Onun fikrincə, bu, ən azı bu ilin iyulunda keçiriləcək növbəti alyans sammitinə qədər davam edəcək.