Avropa İttifaqı verdiyi vədi yerinə yetirmirbackend

Avropa İttifaqı verdiyi vədi yerinə yetirmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Ukraynaya verdiyi vədi yerinə yetirə bilmir.

NOCOMMENT.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, sursat istehsalında davam edən gecikmələr və mövcud ehtiyatların tükənməsi ilə bağlı narahatlıqlar səbəbindən Avropa İttifaqı ölkələri Kiyevə 1 milyon mərmi tədarük planından xeyli geri qalacaq və cəmi 600 minə yaxın döyüş sursatı göndərmək mümkün olacaq.

Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen 2024-cü ildə mərmi istehsalını ildə 1 milyona çatdıracaqlarını vəd etmişdilər.