Ukrayna silahlı qüvvələri Kursk vilayətini atəşə tutubbackend

Ukrayna silahlı qüvvələri Kursk vilayətini atəşə tutub 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukrayna ilə sərhədə yaxın yerləşən Kursk vilayətinin atəşə tutulduğunu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Kursk vilayətinin qubernatoru Roman Starovoit öz Telegram kanalında Ukrayna Silahlı Qüvvələrinin (AFU) mayın 4-də bölgədə 12 nöqtəni atəşə tutması barədə məlumat verib.

“Gün ərzində Tetkino keçid məntəqəsi və Qluşkovski rayonunun Novı Put kəndi, Rılski rayonunun Lokot və Kozino kəndləri, Sudja keçid məntəqəsi, Plexovo, Quevo, Qornal kəndləri və Sudjanski rayonunun Oleşnya ferması atəşə tutulub”,- deyə o bildirib.

Qubernator sakinlər arasında xəsarət alanların olmadığını bildirib.