Avropa İttifaqının müdafiə nazirləri görüşürbackend

Avropa İttifaqının müdafiə nazirləri görüşür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyi (AB) Müdafiə Nazirlərinin Qeyri-rəsmi Toplantısından sonra açıqlama verən AB Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Ukrayna üçün daha çox və daha sürətli yardım istədi.

NOCOMMENT.az xəbər verir ki, Aİ-nin Ukraynaya illik 5 milyard avroluq yardım vədinin “hədəf deyil, tavan” olduğunu qeyd edən Borrell bu yardımı 2027-ci ilə qədər uzatmağı hədəflədiklərini bildirib.

Borrell vurğulayıb ki, Aİ indiyədək Ukraynaya silah daşınmasının birgə maliyyələşdirilməsi üçün 3,6 milyard avrodan çox vəsait köçürüb.

Ukraynaya “daha çox və daha sürətli” hərbi yardımın göndərilməsinə çağıran Borrell bu müharibədə NATO ilə koordinasiyanın vacib olduğunu və Ukrayna əsgərlərinin F-16 pilot təlimi alma imkanlarını təhlil etdiklərini qeyd edib.

Borrell Rusiyanın Taxıl Dəhlizi müqaviləsini ləğv etməsinin bütün dünya kimi Avropaya da təsir edəcəyini, mövcud vəziyyətin enerji qiymətlərinə mənfi təsir göstərəcəyini bildirib.