Avropa Komissiyası “Brent” neftinin qiyməti üzrə proqnozunu azaldıbbackend

Avropa Komissiyası “Brent” neftinin qiyməti üzrə proqnozunu azaldıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyası 2024-cü il üçün “Brent” markalı neftin qiyməti ilə bağlı proqnozunu bir barelə görə 78,5 dollara qədər azaldıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə cümə axşamı dərc olunan sənəddə deyilir.

Ötən ilin payızında AK ekspertləri orta qiymətin 84,5 dollar olacağını gözləyirdilər.

Avropa Komissiyasının məlumatına görə, 2025-ci ildə azalma tendensiyası davam edəcək – 74,7 dollar/barel. Bununla belə, sənəddə mümkün dalğalanmalar barədə xəbərdarlıq edilir ki, bu da proqnozun düzgünlüyünü azaldır.

Bundan əlavə, sənəddə qeyd edilir ki, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar LNG tədarükü üçün risk qalmaqdadır.

“Yaxın Şərqdəki münaqişə səbəbindən LNG tədarükünün kəsilməsi təhlükəsi yeni bir riskdir”, deyə AK qeyd edir.