Ruanq vulkanı yenidən püskürübbackend

Ruanq vulkanı yenidən püskürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyanın Şimali Sulavesi əyalətindəki eyniadlı adada Ruanq vulkanı yenidən püskürüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yaponiya Baş Meteorologiya İdarəsi məlumat yayıb.

Hesabatda vulkanın 19 km hündürlüyə qədər tüstü və vulkanik kül sütunu yaydığı qeyd edilib.

Ruang artıq aprel ayında səkkiz dəfə püskürüb. Bundan əvvəl adadan 828 sakin təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Vulkanın ərazisindəki təhlükə səviyyəsi ölkədə qəbul edilmiş təsnifata uyğun olaraq maksimum dörd səviyyəyə qaldırılıb. İndoneziya hətta Manado şəhərindəki hava limanını bağlayıb, 40-dan çox reysi təxirə salıb.