Avropa Parlamentində Rusiya Federasiyasında seçkilərin nəticələrinin tanınmaması ilə bağlı səsvermə baş tutmayıbbackend

Avropa Parlamentində Rusiya Federasiyasında seçkilərin nəticələrinin tanınmaması ilə bağlı səsvermə baş tutmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasında keçirilən seçkilərin nəticələrinin tanınmaması tələbini Avropa Parlamenti üzvlərinin 10%-dən az hissəsi dəstəkləyib.

NOCOMMENT.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, müvafiq təşəbbüslə estoniyalı deputat Riho Terras çıxış edib.

Onu 15 ölkədən 705 deputatdan 29-u dəstəkləyib. Terras öz təklifini Rusiya Federasiyasının yeni regionlarında və Krımda keçirilən seçkilərin legitimliyinə şübhə ilə əsaslandırıb.

Terrasın müraciətini Estoniya, Bolqarıstan, İspaniya, Hollandiya, İtaliya, Litva, Latviya, Polşa, İsveç, Rumıniya, Slovakiya, Finlandiya, Danimarka, Çexiya və Macarıstandan olan deputatlar, ümumilikdə 29 nəfər imzalayıb.

Qeyd edək ki, Rusiya Federasiyasında prezident seçkiləri 2024-cü il martın 15-17-də keçiriləcək.