Avropada yoluxma artır – HARMANCIbackend

Avropada yoluxma artır – HARMANCI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi Şərqi Avropa ölkələrində yoluxmanın artmasının səbəbi “Omicron” ştamı ilə əlaqəlidir.

NOCOMMENT.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda bir çox Avropa ölkələrində koronavirusa yoluxma sayında artım müşahidə olunur:

“Görünən budur ki, pandemiya hələ də bitməyib və qabaqlayıcı tədbirlər görməyə davam etməliyik. “Omicron” ştamının B1 və B2 növləri mövcuddur və B2 növünü daha sürətli yayılma qabiliyyətinə malikdir. Risk qrupuna daxil olan şəxslərin, yaşı 65-dən çox olanların, hamilə qadınların qorunması mütləqdir”.