Avropanın ən böyük NATO bazası Rumıniyada tikiləcəkbackend

Avropanın ən böyük NATO bazası Rumıniyada tikiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniyada 10 min hərbçi üçün nəzərdə tutulmuş Avropadakı ən böyük NATO bazasının tikintisinə başlanılıb.

NOCOMMENT.az Euronews-a istinadən xəbər verir ki, hərbi obyektin tikintisi 2,5 milyard avro dəyərində qiymətləndirilir.

Sahəsi 2,8 min hektar olan baza Qara dənizdəki Rumıniya limanından çox da uzaq olmayan Konstansa rayonunda yerləşir. Obyektin infrastrukturu Şimali Atlantika Alyansının mövcud bazası “Mihail Koqalniçanu” ətrafında qurulur.

Bildirilir ki, onun ərazisində uçuş-enmə zolaqları, təyyarələr üçün anqarlar, silah platformaları və mülki infrastruktur: məktəblər, uşaq bağçaları, xəstəxanalar və mağazalar yerləşəcək.

“Mihail Koqalniçanu” Ukrayna yaxınlığındakı NATO-nun ən mühüm daimi hərbi strukturuna çevriləcək.