Avstraliyada naməlum şəxs insanlara silahlı hücum edib, yaralananlar varbackend

Avstraliyada naməlum şəxs insanlara silahlı hücum edib, yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyanın cənub-şərqindəki Melburn şəhərində naməlum şəxs yoldan keçənlərə bıçaqla hücum edib, 4 nəfər yaralanıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Viktoriya ştatının polisi məlumat yayıb.

Məlumata görə, hücum edən 31 yaşlı kişidir. “Polis ətrafdakılara hücum edən Meltonlu bir kişini həbs etdi”, – ştatın polis idarəsi bildirib. Hadisə ilə bağlı ilkin araşdırmadan sonra hücumun terror olduğu tamamilə istisna edilir.

Hücum zamanı iki kişi və iki qadın xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən biri – 31 yaşlı qadının vəziyyəti ağırdır.

Silahlı şəxs saxlanılaraq polis bölməsinə aparılıb. Polis əməkdaşları onun digər cinayətlərdə iştirakını yoxlayır.