avtobusların hərəkəti dayandırıla bilərbackend

Finlandiyada avtobusların hərəkəti dayandırıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmkarlar ittifaqının tətili ilə əlaqədar yanacaqdoldurma məntəqələrində yanacaq çatışmazlığı səbəbindən Finlandiyanın bir çox bölgəsində avtobusların hərəkəti dayandırıla bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yerli “Yle” nəşri avtobus marşrutlarına xidmət göstərən “Koiviston Auto” nəqliyyat şirkətinin prezidenti Harri Saarenpaya istinadən məlumat yayıb.

Baş direktorun sözlərinə görə, Finlandiyanın Neste neft emalı şirkəti öz şirkətinə bildirib ki, tətil səbəbindən yanacaqdoldurma məntəqələrini yanacaqla təmin etmək mümkün deyil. Helsinki metropolitenində sabaha qədər yanacaq qurtaracaq və həftənin sonuna qədər ərazidəki bütün avtomobillər hərəkətini dayandıracaq.