Axşam qatıq içib yatmaq olmaz – Həkimbackend

Axşam qatıq içib yatmaq olmaz – Həkim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Axşamlar az yeyib, yatana yaxın sağlamlıq və arıqlamaq üçün sadəcə qatıq, kefir içib yatmaq faydalı yox, əslində zərərlidir.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, xəbər verir ki, endokrinoloq Zuhra Pavlova axşam qatıq yemək vərdişinin nəticəsini açıqlayıb.
“Bu qidalar aşağı kalorilidir, tərkibi faydalıdır, həzm sistemi üçün faydalıdır. Lakin gecə onları içmək diabet və piylənməyə səbəb olur.

Turş süd məhsullarında yüksək qlikemik indeks var və o insulini artırır.

İnsulin hormonunun maksimal aktivliyi isə gecə olur. İnsan keçir içib yatmağa gedəndə, gecə onun qanda qlükozası düşür, qaraciyər onu təcili sürətlə sintez etməyə başlayır.

Nəticədə diabetə şərait yaranır.
Bu proses piylənmə və artıq çəki də yaradır.

İnsulin indeksi – müəyyən qidalardan sonra qanda şəkərin miqdarının nə qədər artmasının göstəricisidir.

Yüksək insulin indeksli ərzaqlar qanda şəkəri kəskin qaldırır.

Bunlara aiddir: çörək, ağ un, düyü, peçenye, şokolad, kartof, dondurma, şəkər, siroplar, konfet, şirniyyat, bulka aiddir.

Qanda şəkərin yüksək olmasının simptomları:

– Çox sidiyə getmə
– Susuzluq
– Tez acıma, susuzluq
– Quru dəri
– Halsızlıq