Ayağında “həbs qolbağı” olan oğlan yeniyetmə qızla görün nə etdilər – Azərbaycandabackend

Ayağında “həbs qolbağı” olan oğlan yeniyetmə qızla görün nə etdilər – Azərbaycanda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qax Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən mağazaların birindən pul, tütün məmulatları və ərzaq məhsullarının oğurlanması barədə müraciət daxil olub.
NOCOMMENT.az xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunduğu üçün elektron qolbaqla təchiz edilən Xaçmaz rayon sakini İsa Kərimov və Qax şəhər sakini olan yetkinlik yaşına çatmayan qız saxlanılıb.

Onlarla əlbir olan digər iki nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Araşdırma zamanı həmin şəxslərin Qax şəhəri ərazisindəki evlərin birindən tir tüfəngi, eləcə də Bərdə, Xaçmaz və Zaqatala rayonlarında yerləşən mağazalardan, evlərdən pul və ərzaq məhsulları oğurladıqları da məlum olub.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, digər iki nəfərin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. (olke.az)