Azərbaycanda məhkəmənin 3,5 il cəza verdiyi qadın 2030-cu ildə həbs ediləcək – SƏBƏBbackend

Azərbaycanda məhkəmənin 3,5 il cəza verdiyi qadın 2030-cu ildə həbs ediləcək – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda öz şəxsi avtomobili ilə oğurluq edən qadın 6 ildən sonra həbs ediləcək.

NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki,bu barədə Şəmkir Rayon Məhkəməsində qərar çıxarılıb.

Belə ki, 1980-ci il tarixdə Yevlax şəhərində doğulmuş Nəriman Əsgərov (ad-soyad şərti) və həyat yoldaşı, 1985-ci il tarixdə Yevlax şəhərində dünyaya gəlmiş Ofelya Əsgərova (ad-soyad şərti) Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Yeni Nəsil” inşaat mağazasından 2.365 manat dəyərində elektirik avadanlıqları oğurlayıblar.

27 aprel 2023-cü il tarixdə saat 10-11 radələrində Valeh arvadı Ofelya ilə idarə etdiyi “Hyundai i30” markalı, 99-SC-729 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonuna oğurluğa gediblər. Valeh sözügedən mağazada satıcının başını qatıb, Ofelya oğurladığı elektirik avadanlıqlarını paltarının altına qoyaraq avtomobildə gizlədib.

Onların müxtəlif yerlərdən də oğurluq etmələri istisna edilməyib. Ər və arvad oğurluqdan əldə etikləri vəsaitlə özlərinə şərait qurub, Valeh Ofelyaya bazar dəyəri 20 min manatdan çox olan “Hyundai i30” markalı avtomobildə alıb.

Məhkəmənin hökmü ilə Nəriman Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 2 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Həyat yoldaşına isə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunaraq, Ofelyanın cəzasının çəkilməsi 11 aprel 2016-cı il təvəllüdlü Aynur adlı qızı 14 yaşına çatanadək, yəni 11 aprel 2030-cu il tarixə kimi təxirə salınıb.