Ayaqlarında tez-tez qıcolmalar olan adamlar mütləq oxusunlarbackend

Ayaqlarında tez-tez qıcolmalar olan adamlar mütləq oxusunlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əzələlərin tonik qıcolması qəfil və gözlənilmədən əzələlərdə meydana çıxan qısamüddətli ağrılardır. Qıcolmalar  zamanı ayaqlarda bıçaq batırmış kimi hissiyat olur və bəzən insan ağrının şiddətindən qışqırmağa məcbur olur. Bu hissi demək olar ki, bütün yaşlı insanlar keçirib. Əzələlərdə baş verən qıcolma xəstəlik deyil, müxtəlif xəstəliklərin əlamətidir. Qıcolma orqanizm üçün bir siqnaldır, ağır xəstəliklərin verdiyi bir siqnal.

NOCOMMENT İmmunitet.az-a istinadən xəbər verir ki, qıcolma neyronların patoloji oyanmasıdır. Bu zaman sinir impulsları bədənin hüceyrələrindən orqanlara keçir, əzələ-sinir snapsları, sinir lifləri qarşılıqlı hərəkətə keçirək ağrı və spazmlar əmələ gətirir. Buna görə də müvəqqəti əzələ sıxılması baş verir.

Uzun müddət ayaq əzələlərində davamlı olaraq qıcolmalar baş verirsə, mütləq həkimə müraciət etmək lazımdır. Əlamətin baş verməməsi üçün onu əmələ gətirən səbəbi tapmaq və müalicə olunmaq lazımdır. Müalicənin keyfiyyətini artıqmaq üçün isti su vannaları, isti geyimlər, massaj və soyuqdan uzaq durmaq lazımdır. Çünki bunlar qıcolmaların aradan qalxmasına səbəb olur.