Aynişan yenə də boşanması haqqında danışdıbackend

Aynişan yenə də boşanması haqqında danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış bloger Aynişan Quliyevanın idmançı həyat yoldaşı Kənan Əlidən boşanma xəbərləri uzun müddət sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, cütlük ayrılıq səbəblərini açıqlamasa da, Aynişan instaqramda ona evliliklə bağlı verilən suallara zaman-zaman öz münasibətini bildirir.

Hazırda Türkiyədə səfərdə olan Aynişanın izləyicilərinin – “Sizcə, evlilik sevgini bitirir”, – sualına cavabı maraq doğurub: “Evlilik bitirmir sevgini. Sevgini güvənsizlik, yalanlar, nankorluq və xəyanətlər bitirir. Güclü olmaq yaxşıdır, amma güclü olmaq üçün insan çox əziyyət çəkir. Heç kim xoş günündən güclü olmur. Çətinliklər bizi güclü edir. Kaş ki, hamı güclü yox, xoşbəxt olsa”.

O, ana olmaq və sevgidə qisas mövzusuna fikrini belə ifadə edib: “Sevgi varsa, ortada qisas hissi ola bilər. Əks halda heç vecinə də deyil.

Mənə görə, dünyaya uşaq gətirmək evlənmək qədər ciddi qərardır. Bir insan evlənsə də, dünyaya uşaq gətirməyə tələsməməlidir”.