Ayxan Abbasov, Fransa ilə oyunlara qapıçı çıxartmağı unutmuşdunuz?backend

Ayxan Abbasov, Fransa ilə oyunlara qapıçı çıxartmağı unutmuşdunuz?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildiyiniz kimi, okyabrda DÇ-2026-nın seçmə mərhələ oyunları çərçivəsində Azərbaycan milli komandası Fransa səfərində meydana çıxdı. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşdı. 0:3

Ümidimizi bağladıq Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək növbəti qarşılaşmaya. 16 noyabrda DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan – Fransa oyunu millimizi 1:3 uduzması ilə başa çatdı. Ayxan Abbasovun rəhbərliyinə keçən yığma qrup bu dəfə də bizi futbol izləyicilərini sevindirə bilmədi.

Həmin an tam da 30 il əvvəl yaşanan olay yada düşdü. 6 sentyabr 1995-ci il millimiz həyatının şokunu Fransada yaşadı. Millimizin tarixinə “Oser faciəsi” kimi düşən həmin oyunda komandamız 10-0 hesabı ilə uduzdu. Fransa futbol tarixinin ən parlaq qələbəsini gözlər önünə sərən bu oyun Azərbaycan futbolunda ən biabırçı, utancverici hal oldu. Düz 28 il millimizin azarkeşləri Fransa yığmasının azarkeşlərinin qarşısında başıaşağı gəzdi.

Həmin vaxt el arasında lətifə kimi səslənən bir söhbət də gəzirdi. Deyilənə görə, Fransadan suyu süzülə-süzülə gələn komandanı mərhum prezidentimiz Heydər Əliyev görüşə çağırır, “salam -məleyküm”dən sonra Ulu Öndərin Azərbaycan yığmasının kapitanı Ağasəlim Mircavadova ilk sualı bu olur: ” Ağasəlim, siz Fransaya gedəndə özünüzlə qapıçı aparmamışdınız?

Nə yaxşı ki, 28 ildən sonra bu xəcalətverici nüansı atlada bildik. Yox e, fransızlara qalib gəlib hesabı xeyrimizə yüksəlmədik! Heç vaxt! Sadəcə 18 noyabr 2023-cü ildə Fransanın Cəbəllüttariqə 14:0 hesabı ilə vurduğu qol diqqəti bizdən ayırıb İngilislərin müstəmləkəsində olan bu ölkəyə yönəltdi. Artıq Fransa Azərbaycandan udduğu 10 -la deyil, Cəbəllüttariqdən qazandığı 14 xalla öyünür. Bax, bizi Cəbəllüttariq 28 illik töhmətdən qurtardı və biz artıq dərindən nəfəs ala bilirik.

İndi azarkeş olaraq 2 oyundan 6 xal toplamış Fransa komandasına da, 2 oyundan 1 xal toplamış Azərbaycan millisinə baxanda mərhum ulu öndərin məşhur kəlamı yada düşür:Ayxan Abbasov siz Fransa ilə hər iki oyunda meydana qapıçı çıxartmağı unutmuşdunuz?

Əntiqə Rəşid