Ayxan ticarət mərkəzində yanğın olub – Fotobackend

Ayxan ticarət mərkəzində yanğın olub – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Ayxan” ticarət mərkəzində yanğın olub.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, səhər saatlarında mərkəzdə yanğın başlayıb.

Hadisə yerinə 5 yanğınsöndürmə briqadası cəlb olunub. Bildirilib ki, yanğın ticarət mərkəzinin arxa hissəsindəki anbarda başlayıb.

Hazırda yanğın söndürülüb.