Azad olunmuş ərazilərdə ötən ay 413 mina zərərsizləşdirilibbackend

Azad olunmuş ərazilərdə ötən ay 413 mina zərərsizləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə mart ayı ərzində 114 tank əleyhinə mina, 299 piyada əleyhinə mina, 1 254 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 6 094,6 hektar ərazi minalardan təmizlənib.