Azadlığa buraxılan polkovnik bu nazirin qohumudurbackend

Azadlığa buraxılan polkovnik bu nazirin qohumudur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, polkovnik Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi, polkovnik Şükür Səfərov azadlığa buraxılıb.

NOCOMMENT Yenisabah.az-a istinadla xəbər verir ki, məhkəmə prosesi keçirilmədən azadlığa çıxan Gömrük polkovniklərindən biri – Rəşad Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmisi oğludur. O, 20 ilə yaxın gömrük orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Sonuncu iş yeri Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi olub.

Xatırladaq ki, cinayət işlərinə xitam verilərək barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilən polkovniklər – Rəşad Babayev və Şükür Səfərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ötən ilin iyulunda keçirilən əməliyyatla həbs olunmuşdular.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Məlumata görə, ittiham olunan şəxslər cinayət işi üzrə dəymiş ziyanı tam ödəyiblər.

Rəşad Babayev sözügedən idarədə rəis müavini vəzifəsində çalışıb.