AZE – Heç bir məna kəsb etmir – Sədrbackend

AZE – Heç bir məna kəsb etmir – Sədr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tokio-2020 Yay Olimpiya Oyunlarını çıxsaq, Azərbaycan idmançıları indiyədək mötəbər yarışlarda böyük uğurlara imza atıb. Əksər yarışlarda nailiyyətlər fərdi növlərdə və arxasında AZE yazılmış formalarla qazanılıb. Bu baxımdan, AZE sözü bir növ brendə çevrilib. Bu, həm də Azərbaycan idmançılarının qatıldıqları yarışlar üçün beynəlxalq nişandır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) İdarə Heyətinin üzvü, İdman Araşdırmalar Mərkəzinin (İAM) sədri, jurnalist Elşən Məmmədov bildirib.
Onun sözlərinə görə, AZE brendini Gənclər və İdman Nazirliyinin özününküləşdirməsi tam məntiqlidir:
“Kreativ ideyadır və son zamanlar sadə brendlərə üstünlük verilmə tendensiyasının davamıdır. Sadəliyi ilk baxışdan, “Bu loqonu hamısı hazırlaya bilərdi, nəyə lazım idi 100 müraciət götürmək?” sualı yaratsa da, dərindən düşünəndə görürsən ki, belə ideya sadəcə, heç kimin ağlına girə bilməzdi. Çünki hamının diqqəti, üstündə 3 rəngli Azərbaycan bayrağı, gənclər və idmançılara xas hansısa əlaməti göstərən loqolar hazırlamağa yönəlmişdi.
Beləliklə, Gənclər və İdman Nazirliyinin yeni loqosu təqdim edildi, xeyirli olsun.
Amma AZE brendinə sahib çıxmaqda da qüsur var. Məsələn, AFFA-nın loqoosunda bu sözü hansı dildə və əlifba ilə yazsan, abbreviaturası elə AFFA olacaq. Vaxtilə bu qurumun rəhbərliyi heç 100 eskiz dalınca qaçmadan elə AFFA sözünü loqo kimi müəyyənləşdirmişdi. Rebrendinq prosesi 18 ildən sonra – 2010-cu ildə həyata keçirilərkən də çətin ki, bütün namizəd loqolara baxılmışdı.
Sadəlik – gözəllikdir prinsipi əladır. Amma yeganə narahatlıq o AZE sözünün Azərbaycan dilində heç nəyi ifadə etməməsindədir. Yəni, bu ölkədə AZE adlı nə söz, nə abbreviatura, nə də Azərbaycanın qısa formada azərbaycanca yazılmış adı var.
Axı, idmançılar yalnız Azərbaycanda yox, dünyada fəaliyyət göstərirlər. Onların AZE yazılmış formalarla meydana çıxmaları normaldır. Amma Gənclər və İdman Nazirliyinin bu sözü özəlləşdirməsi və öz loqosu kimi təqdim etməsi birmənalı reaksiya doğurmayacaq.
Orta məktəbdə Ədəbiyyat müəllimimiz deyərdi ki, ən sanballı əsər ona deyilir ki, insanı düşündürsün, sonu ‘Vsyo, söhbət başlandı” kimi bitməsin. Kim bilir, bəlkə də Gənclər və İdman Nazirliyinin yeni loqosu da bu qəbildən bir əsərdir”.
Xatırladaq ki, ötən gün Gənclər və İdman Nazirliyinin yeni loqosunun təqdimatı keçirilib. Loqo sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.
Bakupost