Azərbaycan dövlətinin sülhyaratma prosesində iki tələbi var – Politoloqbackend

Azərbaycan dövlətinin sülhyaratma prosesində iki tələbi var – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Şuşada “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumunda çıxış edən Prezident İlham Əliyev bir çox vacib məsələlərə diqqətə çəkib.

Prezident söyləyib ki, əgər Ermənistan ərazi iddialarından imtina etsə, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması mümkündür.

Qeyd edək ki, Media Forumundan öncə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü olub.

NOCOMMENT.az xəbər verir ki, politoloq Qabil Hüseynli Redaktor.az-a açıqlamasında bildirdi ki, Brüsseldə üçtərəfli görüşdə ərazi iddiaları məsələsinə toxunulub.

“Məsələyə toxunulma forması belə olubdur ki, Azərbaycan tərəfi Ermənistan tərəfindən təkidlə tələb edib ki, Azərbaycan ərazisində olan erməni silahlı qüvvələrini bu ərazilərdən çıxarın. Daha sonra Azərbaycanın tərkib hissəsi hesab etdiyiniz ermənilərin yaşadığı, separatçıların hökmranlıq etdiyi ərazilərə maliyyə dəstəyi verməyin. Qızışdırıcılıq hərəkətlərindən imtina edin və qoyun burada yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya etməsi prosesi normal getsin. Ümumiyyətlə, bu gün Azərbaycan dövlətinin sülhyaratma prosesində iki tələbi var: birincisi, ərazidəki erməni silahlı dəstələrinin çıxarılması, ikincisi isə separatçıların ram edilməsi. Eyni zamanda Azərbaycan cəmiyyətinə inteqrasiyasını təmin etmək üçün lazımi tədbirlərin həyata keçirilməsi vacibdir”, – deyə politoloq qeyd etdi.