Azərbaycan əhalisi pulları hara xərcləyib? – Maraqlı statistikabackend

Azərbaycan əhalisi pulları hara xərcləyib? – Maraqlı statistika

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçıların daha çox hansı məhsullar aldığı məlum olub.

NOCOMMENT.az Trend-ə istinadən bildirir ki, Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilir ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,0 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35553,1 milyon manatlıq məhsul satılıb.