Azərbaycan əhalisinin sayı açıqlandıbackend

Azərbaycan əhalisinin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan əhalisinin sayı açıqlanıb.

NOCOMMENT “Qafqazinfo”ya istinadən bildirir ki, Dövlət Statistika Komitəsindən (DSK)  verilən məlumata görə, ölkə üzrə əhalinin sayı ötən ilin əvvəlindən 58679 nəfər və ya 0,6 faiz artaraq 2022-ci il dekabr ayının 1-i vəziyyətinə 10215045 nəfərə çatıb.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.