DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun son oyunu çərçivəsində keçiriləcək Azərbaycan – Fransa oyununda yığmamızın qapısını qoruyacaq qolkiper bəlli olub.
NOCOMMENT.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında qapı xəttində Şahruddin Məhəmmədəliyevin olacağını açıqlayıb.
Xatırladaq ki, 2 gün əvvəl İslandiyaya qarşı matçda (0:2) milli komandamızın qapı xəttində Aydın Bayramov olmuşdu. Ş.Məhəmmədəliyev cəza səbəbindən matçı buraxmalı olmuşdu.
Qeyd edək ki, Azərbaycan – Fransa matçı 16 noyabr saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.













