Azərbaycan futbol yığması Qazaxıstanı məğlub edibbackend

Azərbaycan futbol yığması Qazaxıstanı məğlub edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununa çıxıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Azərbaycan yığması Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum” stadionunda Qazaxıstan millisi ilə qarşılaşıb.

Arif Əsədovun komandası 2-0 geriyə düşsə də, oyunda dönüş edə bilib.

Yekunda Azərbaycan millisi 3-2 hesabı ilə qalib gəlib.

11 iyun

Beynəlxalq yoldaşlıq oyunu

Azərbaycan – Qazaxıstan 3:2

Qollar: Mahir Emreli, 42. Emin Mahmudov, 51 (p). Toral Bayramov, 73 – Voroqovskiy, 2. Samorodov, 28

Baş hakim: Bens Çonka