Mariya Stadnikə ağır itki – FOTObackend

Mariya Stadnikə ağır itki – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın güləşi üzrə Azərbaycan milli komandasının üzvü Mariya Stadnikin ailəsində ağır itki üz verib.

İdmançımızın atası Vasili Stadnik dünyasını dəyişib.

NOCOMMENT.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

O, uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Qeyd edək ki, Stadnik 2 gün öncə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. Mariya 5-ci dəfə Olimpiadada çıxış edəcək. O, qadın güləşi tarixində 5-ci Olimpiya Oyunlarına gedən ilk idmançı kimi tarixə düşüb.

36 yaşlı idmançı 4 qat olimpiya medalçısı, 2 qat dünya və 10 qat Avropa çempionudur.