Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
NOCOMMENT.az Apasport.az-a istinadən xəbər verir ki,bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə qazanılan ilk lisenziyadır.
Bununla da gimnastika millimizin Paris-2024-ə qazandığı vəsiqələrin sayı 2-yə yüksəlib.
Xatırladaq ki, bədii gimnastımız Zöhrə Ağamirova da ötən il Paris-2024-ə lisenziya əldə etmişdi.