Azərbaycan ilə Ermənistan arasında yeni dövr başlamalıdırbackend

Azərbaycan ilə Ermənistan arasında yeni dövr başlamalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionda yeni dövrün başlanmasını arzulayırıq”.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyib. O qeyd edib ki, Cənubi Qafqazda sabitliyin qorunması Türkiyənin prioritetlərindən biridir.

Türkiyə Prezidenti Şərqi Aralıq və Egey dənizində Yunanıstanla münasibətlərdə son zamanlar formalaşan mənfi atmosferin dəyişəcəyinə və səylərin konkret nəticələr verəcəyinə ümidvar olduğunu da bildirib. Əlavə edib ki, Türkiyə Balkanlarda sabitliyə və sülhə xidmət edən addımları hər zaman dəstəkləyir.

Dövlət başçısı həmçinin qeyd edib ki, ölkənin NATO müttəfiqi olan ABŞ ilə Vaşinqtonda keçirilən sonuncu strateji mexanizm görüşündə əməkdaşlığın təkmilləşdirilməsi barədə razılıq əldə olunub. Türkiyənin Avropa İttifaqına üzvlüyü strateji məqsəd olaraq qalır.