Azərbaycan iqtisadiyyatında geriləmə tempi 0,2%-ə düşübbackend

Azərbaycan iqtisadiyyatında geriləmə tempi aşağı düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 25 078,6 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

NOCOMMENT.az  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xatırladaq ki, yanvar-mart aylarının yekununda ölkə iqtisadiyyatında geriləmə 1,3% təşkil etmişdi.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 8,4% azalmış, qeyri neft-qaz sektorunda isə 4,1% artıb.

ÜDM istehsalının 41,1%-i sənaye, 10%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6%i nəqliyyat və anbar təsərrüfatı, 5,7%-i tikinti, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9%-i informasiya və rabitə, 0,9%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1%i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3%-ni təşkil edib.-

Əhalinin hər nəfərinə düşən ÜDM 2506,2 manata bərabər olub.