Azərbaycan məktəblərində Çin dili sürprizibackend

Azərbaycan məktəblərində Çin dili sürprizi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda Çin dilinə maraq son illərdə xeyli artıb. Bu artım həm ölkə daxilində, həm də Çində təhsil imkanlarına olan maraqda özünü göstərir. İlham Əliyevin Çin Respublikasına səfəri zamanı əməkdaşlıq müqaviləsi imzalanması da bu istiqamətə marağı artırıb. İkitərəfli əməkdaşlıqla yanaşı, bu ölkənin artan iqtisadi gücü nəzərə alınaraq, ölkəmizdə Çin dilinə maraq hiss olunacaq dərəcədə artıb. Bu maraq əsasən iki istiqamətdə özünü göstərir: birincisi, Çin ali təhsil müəssisələrində təhsil almaq, ikincisi isə ölkə daxilində Çin dilinin öyrənilməsinə artan maraqdır. Maraqlıdır, gələcəkdə ölkəmizin ümumtəhsil müəssisələrində çin dilinin tədrisi mümkün olacaq?

NOCOMENT.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, təxminən beş il sonra biz artıq bu reallıqla qarşılaşacağıq.

“Çünki hal-hazırda Çin iqtisadi baxımdan sürətlə inkişaf edir. Üstəlik, bizimlə bu dövlət arasında demək olar ki, bütün sahələrdə — iqtisadi, siyasi, sosial və təhsil sahələrində — əlaqələr genişlənir və dərinləşir. Bu səbəbdən Çinlə bağlı kadrların hazırlanması, bu ölkə üzrə mütəxəssislərin yetişdirilməsi üçün Çin dilinin təhsil müəssisələrində tədrisinə ehtiyac yaranır”.

“Əgər bu gün biz tam orta məktəblərdə fransız, ingilis, alman, rus, ərəb və fars dillərini tədris ediriksə, düşünürəm ki, Çin dili də bu siyahıya əlavə olunmalıdır. Çin dili üzrə bilik və bacarıqlar formalaşdıran şagirdlər gələcəkdə ali təhsil müəssisələrində həmin ölkə üzrə ixtisaslara daha asan qəbul ola və öyrənmə prosesində daha rahat irəliləyə biləcəklər. Bu da, öz növbəsində, bizim bu dövlətlə qurduğumuz müxtəlif sahələr üzrə əməkdaşlıq çərçivəsində mütəxəssis hazırlığına Çin dilinin mühüm töhfə verməsinə səbəb olacaq”, – deyə ekspert yekunlaşdırıb.