Dünya birjaları: Azərbaycan neftinin qiyməti 65 dollara endibackend

Dünya birjaları: Azərbaycan neftinin qiyməti 65 dollara endi 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.82 ABŞ dolları və ya 2.72% azalaraq 65.21 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67.03 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

***

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,25% azalaraq 1 barelə görə 64.24 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun “NYMEX” əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,23% azalaraq 60.02 ABŞ dollarına bərabər olub.