Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi “İnformasiya Təhlükəsizliyi İdarə Edilməsi Sisteminin yoxlanılması məqsədilə audit xidmətinin satın alınması” üzrə açıq tender prosedurunu yetərsay səbəbindən ləğv edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tender 02.10.2025-ci il tarixində elan olunmuşdu və ehtimal olunan qiymət 23 836,00 AZN təşkil edirdi.
Tenderin ləğv edilmə səbəbi olaraq satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması (36.1.1.) göstərilib.
Qərar, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə əsasən verilib.













