Azərbaycan Səfirliyinə hücum edən şəxsə yaxın vaxtlarda hökm oxunacaqbackend

Azərbaycan Səfirliyinə hücum edən şəxsə yaxın vaxtlarda hökm oxunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın Tehrandakı Səfirliyinə hücum edən şəxslə bağlı yaxın vaxtlarda hökm çıxarılacaq”.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi sözçüsü Nasir Kənani bu gün keçirdiyi brifinqdə danışıb.
Ətraflı

Sözügedən şəxslə bağlı məhkəmə prosesinin yanvarın 27-si keçirildiyini xatırladan Kənani hadisə zamanı həlak olan səfirlik əməkdaşının ailəsinə başsağlığı verib.

Onun sözlərinə görə, İranın məhkəmə sisteminin rəsmiləri prosesin qanun çərçivəsində aparılacağını bildiriblər: “İki ölkənin ədliyyə orqanlarının köməkliyi ilə istintaq prosesi yekunlaşıb. Sözügedən hücum iki ölkə arasında münasibətlər üçün acı olsa da, hakimiyyət insidentin qarşılıqlı əlaqələrə mənfi təsirini minimuma endirmək üçün bütün səyləri göstərib”.

Kənani, həmçinin Azərbaycanın Tehrandakı Səfirliyinin öz fəaliyyətini bərpa edəcəyinə ümid etdiyini qeyd edib.